Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 18 iyun – İnsan Hüquqları Günü elan olunmuş və 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” kimi qeyd edilir.

Bu çərçivədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Siyəzən rayon Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbində VIII və IX sinif şagirdləri arasında "Mənim hüquqlarım" adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbir zamanı şagirdlər insan və uşaq hüquqları, eləcə də onların qorunması ilə bağlı ətraflı məlumat almış, fikir mübadiləsi aparmış və mövzu ətrafında maraqlı müzakirələrdə iştirak etmişlər.

Hüquqlarını tanıyan və qoruyan nəsil – güclü cəmiyyətin təməlidir!

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #İnsanHüquqlarıAylığı #HumanRightsMonth